Britaniyanın Birmingem şəhəri siçovulların əlinə keçib Dünya

Britaniyanın Birmingem şəhəri siçovulların əlinə keçib

Bir milyondan çox əhalisi olan Britaniyanın Birmingem şəhəri siçovulların əlinə keçib. Sakinlər zibillə dolu küçələrdə gecə saatlarında peyda olan gəmiricilərin çoxluğundan şikayətlənirlər. Şəhər tədricən nəhəng zibilliyə çevrilir. Kommunal işçilər tullantıları çıxarmaqdan imtina edirlər. Bu barədə Daily Mail (DM) yazır.

Mağazalarda gəmiricilərə də rast gəlinib. Epidemioloqlar əhalinin sağlamlığı üçün yüksək risk barədə xəbərdarlıq ediblər. Səlahiyyətlilər ordunu gətirdilər.

"Bu sahədə əlavə dəstək göstərmək üçün Birmingem Şəhər Şurasına əməliyyat planlaşdırma təcrübəsi olan az sayda hərbi qulluqçu göndərilib" - DM yazıb.

Epidemioloq Timms qeyd edib ki, 12 illik karyerasında heç vaxt belə bir şeylə qarşılaşmayıb.

Birmingem Universitetinin tələbəsi Sandy Doo baş verənlərdən dəhşətə gəlib. Onun sözlərinə görə, siçovullar gecələr zibil qutularını eşələyir. "Onlar o qədər çoxdur ki, mənim ürəyim ağrıyır. Bu iyrənc mənzərədir", - qız deyir.

Birmingemdə problemlər hələ bu ilin yanvarında, kommunal işçilərin əmək haqqının artırılmasını tələb etdikdən sonra başlayıb. Martın 11-də zibil işçiləri həmkarlar ittifaqı müddətsiz tətilə başladığını elan edib.

Cavid