Dünyada bir ilk: Robotlar insanlarla eyni yarışda qaçıb Dünya

Dünyada bir ilk: Robotlar insanlarla eyni yarışda qaçıb

Çində tarixi bir ilk yaşanıb. İkiayaqlı insanabənzər robotlar ilk dəfə insanların iştirak etdiyi rəsmi yarımmarafonda yarışıblar.

Xalqcəbhəsi.az “TRT Haber”ə istinadla bildirir ki, yarım marafon Pekinin cənub-şərqindəki Yizhuang rayonunda baş tutub. Bu ərazi paytaxtın əsas texnologiya şirkətlərinin məskənidir. Robotlar təxminən 12 min insanla birlikdə 21 kilometrlik yol boyunca qaçıb. Onlar robotlar üçün xüsusi olaraq ayrılmış zolaqlarda hərəkət edib.

Yarışda kiçik təpələr, dönmələr və uzun məsafələr kimi bəzi çətinliklər də olub. İnsanlar su içmək üçün fasilə verdiyi kimi, robotlara da batareyaları dəyişmək haqqı verilib. Bununla belə, hər ehtiyat robotun istifadəsi yarış müddətində 10 dəqiqəlik cəza kimi əks olunub.

Təsirli texnologiyaya baxmayaraq yarışda robotlar insan rəqiblərini geridə qoya bilməyib.