El Salvadordan Venesuelaya siyasi məhbus təklifi Dünya

El Salvadordan Venesuelaya siyasi məhbus təklifi

El Salvador Prezidenti Nayib Bukele Venesuelaya ABŞ-dən deportasiya edilən venesuelalılarla bağlı təklif edib.

N.Bukele sosial media hesabında verdiyi açıqlamada El Salvadora ABŞ-dən deportasiya edilmiş 252 venesuelalı ilə Venesuelada saxlanılan siyasi məhbusları dəyişməyi bildirib.

El Salvador lideri mübadilədən sonra məhbusların yenidən həbsxanaya göndərilib-göndərilməyəcəyini isə açıqlamayıb.