Taylandda bombalı hücum: 17 nəfər yaralanıb Dünya

Taylandda bombalı hücum: 17 nəfər yaralanıb

Taylandın cənubundakı Narathiwat əyalətində baş verən və polis bölməsini hədəf alan ilk hücumda bomba yüklü avtomobilin partlaması nəticəsində 8 polis əməkdaşı və həmin vaxt oradan keçən məktəb avtobusundakı 2 şagird yaralanıb.

Xalqcəbhəsi.az “NTV Haber”ə istinadən bildirir ki, yaralılar sağlamlıq qrupları tərəfindən ətraf xəstəxanalara çatdırılıb. İlkin araşdırmada hücumun polis bölməsinin qarşısına qoyulmuş bomba yüklü avtomobillə həyata keçirildiyi müəyyən edilib.

Partlayışdan saatlar sonra eyni əyalətdə baş verən başqa bir hücumda da mülki Buddistlərin təşkil etdiyi şam yeməyi hədəfə alınıb. Şahidlərin sözlərinə görə, üstü açıq yük maşını ilə hadisə yerinə gələn maskalı hücumçular axşam yeməyi yeyən dinc sakinlərə bomba və silahla hücum ediblər. Hadisə zamanı aralarında qadınların da olduğu 7 nəfər yaralanıb, yaralılar sağlamlıq qrupları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hücumlardan sonra təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb.