

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb.
APA TASS-a istinadən xəbər verir ki, saziş Moskva ilə Tehran arasında uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir.
Saziş Rusiya və İranın strateji tərəfdaşlar statusunu möhkəmləndirmək məqsədi daşıyır, bütün sahələri, o cümlədən müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiyanı əhatə edir.