Roma Papasının ölümü: bu ölkələrdə matəm elan edildi Dünya

Roma Papasının ölümü: bu ölkələrdə matəm elan edildi

Avropa Birliyinin (AB) Brüsseldəki rəsmi orqanları Roma Papası Fransiskin vəfatı ilə əlaqədar bayraqları yarıya qədər endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, Roma Papasının vətəni Argentinada 1 həftəlik, İspaniyada 3 günlük, Braziliyada da 1 həftəlik matəm elan olunub.

Bundan əlavə, Parisdəki Eyfel qülləsinin işıqları Fransiskin xatirəsinə hörmət əlaməti olaraq bu gün söndürüləcək.