

21 Aprel 18:33
21 Aprel 13:33
“Pasxa atəşkəsi” başa çatdıqdan sonra Rusiya hərbçiləri Donetskin Çasov Yar yaşayış məntəqəsində yeni mövqelərini möhkəmləndirir və şəhərin mərkəzi hissəsini Ukrayna Silahlı Qüvvələrinin əsgərlərindən təmizləyirlər.
Xalqcebhesi.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Andrey Maroçko TASS-a bildirib.
"Çasov Yarda mövqe döyüşləri davam edir. Hərbçilərimiz hazırda yeni cərgələrin və mövqelərin möhkəmləndirilməsinə yönəlib və şəhərin mərkəzi hissəsindən ukraynalı yaraqlıların təmizlənməsini davam etdirirlər", - o deyib.
Maroçko qeyd edib ki, şəhərin mərkəzi hissəsində, Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə rus qırıcılarının hələ də aşa bilmədiyi çox güclü möhkəmləndirilmiş ərazi qalır.