Papa vəzifəsini o icra edəcək Dünya

Papa vəzifəsini o icra edəcək

Bazar ertəsi dünyasını dəyişən Papa Fransiski Vatikanın yüksək səviyyəli rəsmisi kardinal Kevin Farrell əvəz edəcək. O, bu vəzifəni yeni papa seçilənə qədər yerinə yetirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vatikan açıqlama yayıb.

Bildirilib ki, İrlandiyada anadan olan 77 yaşlı Farrell Dallas Yeparxiyasının yepiskopu olub və Birləşmiş Ştatlarla uzun müddətdir əlaqələri var.