

Aprelin 20-də Adolf Hitlerin doğum günündə İsveçin paytaxtı Stokholmun Essingeleden bölgəsindəki avtomobil yolunun girişində naməlum şəxslər tərəfindən üç nasist bayrağı asılıb.
Stokholm Polis İdarəsinin mətbuat sözçüsü Mats Eriksson verdiyi açıqlamada, hadisə ilə bağlı bir çox insanın onlara şikayət etdiyini bildirərək nifrət cinayətləri səbəbiylə bu yöndə araşdırma başlatdıqlarını söyləyib.
İsveçdə bu kimi hadisələrin baş verməsinin xoş olmadığını vurğulayan Eriksson, magistral yolun girişindəki qayaların üzərində siyasi mesajlar olan pankartlara tez-tez rast gəldiklərini bildirib: “Burada nəqliyyatın hərəkətinin sıx olduğu üçün xüsusilə fəallar siyasi mesajlar paylaşırlar. Bunu paylaşmaq xoş deyil".
O, böyük ehtimalla nasist bayrağının aprelin 20-də anadan olan diktator Adolf Hitlerin doğum gününü qeyd etmək üçün asıldığını deyib.