İzmirdə İŞİD-ə qarşı əməliyyatda şübhəlilər tutulub Dünya

İzmirdə İŞİD-ə qarşı əməliyyatda şübhəlilər tutulub

Türkiyənin İzmir şəhərində İzmir Respublika Baş Prokurorluğu, Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən İŞİD üzvləri ilə əlaqəsi olan şəxslərin hərəkət və fəaliyyətlərinin aşkar edilərək ifşa edilməsi istiqamətində davam edən işlər çərçivəsində 12-si suriyalı olan 15 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Polis qrupları tərəfindən göstərilən ünvanlarda həyata keçirilən əməliyyatda 13 şübhəli tutulub. Şübhəlilərin evlərində aparılan axtarış zamanı 1 milyon 361 min lirə, bəzi qızıl və rəqəmsal materiallar ələ keçirilib.

Digər şübhəlilərin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.