Roma Papasının vəfatı ilə bağlı Bakıdakı Müqəddəs Məryəm kilsəsində başsağlığı kitabı açılıb Dünya

Roma Papasının vəfatı ilə bağlı Bakıdakı Müqəddəs Məryəm kilsəsində başsağlığı kitabı açılıb

Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb.

Bu barədə APA-ya Azərbaycanda Katolik Kilsəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.

Qeyd edək ki, dünən Roma Papası Fransiskin 89 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.