Filippin sahillərində 6,2 bal gücündə zəlzələ olub Dünya

Filippin sahillərində 6,2 bal gücündə zəlzələ olub

Filippinin cənubundakı Mindanao bölgəsinin sahillərində, İndoneziyanın Şimali Sulavesi əyalətindəki Talaud adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Araşdırmalar Xidməti (USGS) bildirib ki, zəlzələnin episentri Mindanaonun cənubundakı Pondaguitan sahillərindən 269 kilometr aralıda, Talaud adaları yaxınlığında yerləşib.

Təxminən 117 kilometr dərinlikdə qeydə alınan 6,2 bal gücündə zəlzələdə hələlik can və ya mal itkisi qeydə alınmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Qeyd edək ki, dünyada ən yüksək seysmik aktivliyə malik ölkələrdən biri olan Filippin, “Alov halqası” kimi də tanınan Sakit okeanın zəlzələ qurşağında yerləşir.