
Ərdoğan açıqladı: Azərbaycan və Pakistanla birgə...
22 Aprel 23:33
22 Aprel 23:33
22 Aprel 18:59
22 Aprel 18:41
İnanıram ki, XXI əsrin gələcəyi ABŞ-Hindistan tərəfdaşlığının gücü ilə müəyyənləşəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Hindistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən danışarkən deyib.
“Birlikdə işləyə bilməsək, XXI əsr bütün bəşəriyyət üçün çox çətin ola bilər”, - Vens bildirib.
ABŞ vitse-prezidenti Nyu Dehlini F-35 qırıcılarını almağa çağırıb:
“İstəyirik ki, ölkəniz dünyanın ən yaxşısı olduğuna inandığımız silahlarımızdan daha çox alsın. Amerikanın beşinci nəsil F-35-ləri Hindistan Hərbi Hava Qüvvələrinə səmalarını və vətəndaşlarını qorumaq imkanı verəcək”.