

Rusiya prezidenti V. Putin Ukraynaya ikitərəfli danışıqlar təklifini irəli sürüb. Rusiya tərəfi Ukraynanın cəbhə xəttində güclənməsi, Avropa ölkələrinin vahid mövqeyi Kremli buna sövq edir.
Bunu Xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, təbii ki, ikitərəfli danışıqlar Ukrayna üçün arzuolunan deyil. İkitərəfli danışıqlarda ən uğurlu format Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda müsbət istiqamətdə irəliləyişlər əldə olunduğundan V. Putin də bu təcrübədən istifadə etməyi istisna deyil:
"Görünür, V. Putin Azərbaycanla Ermənistan arasında təcrübədən istifadə etmək istəyir. İkitərəfli danışıqlarda Kiyevlə anlaşmasinı arzu edir.
Buna baxmayaraq Rusiya bununla V. Zeleskinin legitimliyini tanıdığını qəbul etdi. Çünki, V. Putin Ukraynada Ali Radanin danışıqlarda legitimliyini olduğunu vurğulamışdır.
Qeyd edim ki, ABŞ, Rusiyanın danışıqlarda 30 günlük atəşkəsə getmədiyi üçün Ukraynaya silah və kəşfiyyat məlumatlarını artırıb. Qərb Rusiyanın təzyiqləri artırır. Avropa qoşunlarının Ukraynaya yeridilməsi gündəmdədir. D. Tramp da buna razıdır. Rusiyanın Ukraynada qalib gəlməsi mümkün görünmür".
Cavid