Vanda mikroavtobusla yük maşını toqquşub, 6 nəfər ölüb Dünya

Vanda mikroavtobusla yük maşını toqquşub, 6 nəfər ölüb

Türkiyədə Van-Hakkari avtomobil yolunun Güzeldere tunelinin yaxınlığında, sürücülərinin adları hələlik məlum olmayan sərnişin mikroavtobusu qarşı istiqamətdən gələn yük maşını ilə toqquşub.

Xalqcebhesi.az “Anadolu” Agentliyinə istinadən bildirir ki, ətrafdakıların xəbəri üzərinə bölgəyə təcili yardım, jandarma, polis, AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) və xilasetmə qrupları gəlib.

Qəzada 6 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 13 nəfər yaralanıb.

Yaralılar təcili yardımla xəstəxanalara aparılıb.