Rubio elan etdi: Hərtərəfli islahatlar başladı Dünya

Rubio elan etdi: Hərtərəfli islahatlar başladı

Dövlət Departamentində hərtərəfli islahatlar başlayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib.

O bildirib ki, hazırkı formada Departament şişirdilmiş və bürokratikdir, böyük güclərin rəqabəti fonunda əsas diplomatik missiyanı yerinə yetirmək iqtidarında deyil. Onun sözlərinə görə, genişlənən bürokratiya Amerikanın əsas milli maraqlarını inkişaf etdirmək əvəzinə, daha çox radikal siyasi ideologiyaya bağlı bir sistem yaradıb.

“Buna görə də bu gün mən Departamenti XXI əsrə gətirəcək hərtərəfli yenidənqurma planını elan edirəm. Bu yanaşma Departamenti ən aşağıdan, yəni bürolardan tutmuş səfirliklərə qədər gücləndirəcək. Funksionallığı artırmaq üçün regionyönümlü funksiyalar birləşdiriləcək, lazımsız ofislər bağlanacaq və Amerikanın milli maraqlarına uyğun olmayan qanunsuz proqramlar fəaliyyətini dayandıracaq”, - deyə Rubio əlavə edib.