Ukrayna Krımı Rusiya ərazisi kimi tanıyacaq? Dünya

Ukrayna Krımı Rusiya ərazisi kimi tanıyacaq?

Ukrayna Krımı Rusiya ərazisi kimi tanımır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Danışılası nə isə yoxdur. Bu, bizim konstitusiyadan kənardır. Bu, bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir. Bu, olmayacaq.

Krım, suveren ərazilərimiz haqqında danışmağa başlayan kimi biz Rusiyanın istədiyi formata - müharibənin uzadılmasına keçirik”, - deyə Zelenski vurğulayıb.