Rusiyaya təklifimiz hələ də qüvvədədir - Zelenski Dünya

Rusiyaya təklifimiz hələ də qüvvədədir - Zelenski

Ukraynanın “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir. Bununla bağlı danışıqlar aparmaq üçün Rusiya tərəfindən ciddiyyət tələb olunur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında yazıb.

Zelenski bildirib ki, hazırda Rusiyanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi kütləvi hücumdan sonra Xarkovda xilasetmə işləri davam edir. Zaporojyeyə də aviabombalarla zərbə edilib, nəticədə yaşayış binalarına ziyan dəyib.

“Təəssüf ki, bir nəfər həyatını itirib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm. Təkcə bu hücum nəticəsində 20-dən çox insan yaralanıb, onlardan dördü uşaqlardır”, - Zelenski qeyd edib.