

ABŞ administrasiyası 18 ölkədən ticarət sazişlərinə dair rəsmi təkliflər alıb.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
“Hazırda ticarət məsələləri üzrə komandamıza təqdim edilmiş 18 yazılı təklif var. Bu təkliflər Tramp administrasiyasına və hazırkı hökumətimizə təqdim olunmuş sənədlərdir,” – deyə o əlavə edib.
Livitt həmçinin qeyd edib ki, yalnız bu həftə ABŞ-ın ticarət danışıqları üzrə komandası 34 ölkənin nümayəndələri ilə görüşlər keçirib.