

Son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində azı 12 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzira” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail artilleriyası Qəzza şəhərinin Əz-Zeytun, Et-Tuffa və Eş-Şücayyə ərazilərini intensiv atəşə tutub.
İsrail ordusunun Qəzzanın cənub hissəsindəki Rəfah bölgəsinə də zərbələr endirdiyi bildirilir.