Rusiya Ukraynada sərnişin avtobusunu kamikadze dronla vurub, 9 nəfər ölüb, 30 nəfər yaralanıb Dünya

Rusiya Ukraynada sərnişin avtobusunu kamikadze dronla vurub, 9 nəfər ölüb, 30 nəfər yaralanıb

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Marqanets şəhərinə kamikadze dronla hücum edib.

APA "Unian"a istinadən xəbər verir ki, zərbə sərnişin dolu avtobusa tuş gəlib.

Qeyd olunub ki, bu səhər baş verən Rusiya hücumu nəticəsində 9 nəfər həyatını itirib, daha 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.