

Qırğızıstanın vilayət mərkəzi Oş şəhərindəki “Rus Evi”ndə işləyən Nataliya Sekerina muzdlular cəlb etməkdə şübhəli bilinərək respublikanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
APA xəbər verir ki, bu barədə Bişkekin Pervomayski rayon məhkəməsi məlumat yayıb.
“Bişkek şəhərinin Pervomayski rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təmin edilib”, - deyə məhkəmənin mətbuat xidməti bildirib.
Nataliya Sekerina muzdluların başqa dövlətlərin silahlı münaqişələrində istifadə etmək məqsədi ilə cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, hazırlanması və ya dövlət hakimiyyətini devirməyə yönəlmiş zorakılıq hərəkətlərinə hazırlıqda təqsirləndirilir.
Bildirilib ki, bu işdə Nataliya Sekerina ilə yanaşı, daha 4 nəfər saxlanılıb.