İstanbulda güclü zəlzələ olub - YENİLƏNİB Dünya

İstanbulda güclü zəlzələ olub  - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən güclü zəlzələdən danışıb.

APA xəbər verir ki, o prosesi yaxından nəzarətdə saxladıqlarını qeyd edib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya isə deyib ki, zəlzələ hiss olunan ərazilərdə müvafiq işlər aparılır.

***

13:51

İstanbulda güclü zəlzələ olub.

APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Silivri sahilində 6,2 maqnitudalı, 7 km dərinlikdə zəlzələ baş verib.

Yeraltı təkanlar Mərmərədə hiss edilib.