

23 Aprel 21:36
23 Aprel 19:56
23 Aprel 19:33
15:10
Bu ana qədər İstanbulda baş verən şiddətli zəlzələdən sonra xəsarət alma ilə bağlı 112 - təcili tibbi yardım briqadasına və xəstəxanalara heç bir məlumat daxil olmayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
“Nazirlik olaraq bütün əlaqədar qurumlarımızla tam koordinasiyalı şəkildə prosesi yaxından izləyirik”, - məlumatda bildirilib.
***
İstanbulda baş verən şiddətli zəlzələ nəticəsində 151 nəfər xəsrət alıb.
Bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların əksəriyyəti zəlzələ zamanı təşvişə düşərək hündürlükdən tullanan şəxslərdir:
"Onların həyati təhlükələri yoxdur, müalicələri davam etdirilir".
***
İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu bildirib.
“İnsanlar əsasən təşviş içində evlərindən çölə çıxan zamanı xəsarət alıblar. Yaralıların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlara yerindəcə köməklik göstərilib”, - o deyib.