ABŞ-dən Rusiyaya qarşı daha bir yumşaq addım Dünya

ABŞ-dən Rusiyaya qarşı daha bir yumşaq addım

ABŞ “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaları ləğv etməyi düşünür.

Bu barədə çərşənbə günü "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Ev Rusiya qaz kəmərinə qarşı sanksiyaların ləğvi imkanlarını “müzakirə edir”, “həmçinin, ola bilsin ki, Rusiyanın Avropadakı digər aktivlərini” də.

Politico qaz kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı sanksiyaların onun (Trampın) ilk prezidentlik dövründə (2017-2021) tətbiq edildiyini xatırladaraq, “Şimal axını 2” üzrə sanksiyaların ləğvinin ABŞ siyasətində “dramatik dəyişiklik” olacağını və ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən “böyük güzəşt” olacağını vurğulayır.

Cavid