Trampın Ukrayna planı nasist Almaniyasının parçalanmasını xatırladır Dünya

Trampın Ukrayna planı nasist Almaniyasının parçalanmasını xatırladır

Almaniyanın “Focus” nəşrinin jurnalisti Ulrich Reitz Trampın Ukrayna ilə bağlı sülh planını araşdırıb və Kiyevə təklif olunan şərtlərin nasist Almaniyasının parçalanmasına çox bənzədiyinə diqqət çəkib.

Nəşrin müəllifinin fikrincə, Krım yarımadası ilə bağlı öhdəliklər Almaniyanın şərq əraziləri ilə bağlı vəziyyətə yaxındır. "Bu, mənə... 1945-ci ildən sonra Almaniya ilə bağlı qəbul edilən qərarı xatırladır. Paralelliklər göz qabağındadır", - Reitz fikirlərini bölüşüb.

O hesab edir ki, Krım Rusiya üçün “demək olar ki, beynəlxalq hüquqa uyğun” təmin olunacaq. Bundan əlavə, Ukraynanın şərqi də faktiki olaraq Rusiya Federasiyasına məxsus olacaq.

“Krımla bağlı öhdəliklər Almaniyanın şərq ərazilərinin öhdəlikləri ilə müqayisə oluna bilər”, - deyə nəşr RİA Novosti-yə istinadən yazır.

Cavid