
Prezidentin Çinə səfərində 4 mühüm məqam – Tarixi həmlələr
23 Aprel 21:36
Qazaxlar ta qədimdən qonşularına böyük hörmətlə yanaşıblar. Qonşular həmişə yanımızda olublar, sevinci də, dərdi də onlarla bölüşmüşük. “Qonşunu qəbul etməklə Tanrıya borcunu qaytarırsan” məsəlinə həm inancımız, həm də adət-ənənələrimiz əks olunub. Bu, bizə əcdadlarımızdan miras qalan bir nəsihət, analarımızdan keçən bir keyfiyyətdir.
Bunu Qazaxıstan prezidenti Kafım Jomart Tokayev Qazaxıstan Xalqı Assambleyasının qurultayındakı çıxışında deyib.
O, qeyd edib ki, xalqımızın mehriban qonşuluq ənənəsi bu gün də davam etdirilir. Qonşular milliyyətindən, dini inancından və dilindən asılı olmayaraq, ortaq qayğı və məqsədlərlə yaşayırlar. Qazaxıstanda yaşayan müxtəlif etnosların adət-ənənələri bir-birinə qarışaraq vahid bir dəyərə çevrilmişdir. Biz qonşu dövlətlərlə dostluğun möhkəmləndirilməsinə xüsusi önəm veririk:
"Rusiya Qazaxıstanın əsas strateji tərəfdaşı və etibarlı müttəfiqidir. Çinlə əməkdaşlığımız da dərin köklərə malikdir. Çin xalqı heç vaxt qazax xalqına zərər verməyib və gələcəkdə də verməyəcək. Ala-Tau dağlarında yaşayan qırğızlar bizim qardaşlarımızdır. Qədim zamanlardan özbəkləri doğma qardaşlarımız kimi dəyərləndirmişik. Türkmənlər bizimlə qohum xalqdılar, ortaq əcdadlarımızı ehtiramla xatırlayırıq. Eyni zamanda qədim Xəzər dənizinin sahillərini paylaşdığımız Azərbaycanla da səmimi münasibətlərimiz var. Bir sözlə, biz bütün qonşu dövlətlərlə qardaşlıq münasibətləri saxlayırıq. Aramızda heç bir həll olunmamış məsələ yoxdur. Qazaxıstan və Rusiya qarşılıqlı razılıq əsasında qitənin ən uzun quru sərhədini demarkasiya ediblər. Yaxın günlərdə Qırğızıstan, Özbəkistan və Tacikistan illərdir həll olunmayan sərhəd məsələsində ortaq anlayışa gəldilər. Tarixi razılaşma imzalanıb desək, səhv etmərik. Biz daim dəstəklədiyimiz qardaş dövlətlərə görə sevinirik.
Bu gün qeyri-sabit və narahat dövrdə birlik və həmrəylik xüsusilə dəyərli olur. Sülh və sabitlik bizə talehin bəxş etdiyi bir hədiyyə deyil. Bu, bizim həmrəyliyimizin və ortaq, davamlı səylərimizin nəticəsidir. Xalqımızın ən yaxşı keyfiyyətləri çətin anlarda daha aydın üzə çıxır. Bunu ötən il Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı bir daha gördük. Vətəndaşlarımız zərərçəkənlərə yardım etmək üçün səfərbər oldular. İnsanlar qan vermək üçün növbəyə durdular. Azərbaycanın səfirliyi qarşısına güllər qoydular. Bütün dünya xalqımızın həmrəyliyinə və fədakarlığına heyran oldu. Bu anlarda həmvətənlərimizin geniş qəlbi, açıqlığı və mərhəməti bir daha özünü göstərdi. Rəhm, mərhəmət və xoşniyyətlilik – bunlar bizim milli xarakterimizin xüsusiyyətləridir. Biz bu dəyərləri qoruyub saxlamalı və onları böyüyən nəsilə ötürməliyik".
Cavid