Kreml: Trampın Krımla bağlı dedikləri Rusiyanın mövqeyinə tam uyğundur Dünya

Kreml: Trampın Krımla bağlı dedikləri Rusiyanın mövqeyinə tam uyğundur

ABŞ Prezidenti Donald Trampın Krımın məxsusluğu məsələsinin indi müzakirə mövzusu belə olmadığına dair sözləri Rusiyanın bu məsələdəki mövqeyi ilə tam uyğundur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Trampın Krımla bağlı dedikləri Moskvanın anlayışına və uzun müddətdir dediklərinə tamamilə uyğundur.

Qeyd edək ki, Tramp Zelenskinin Ukraynanın Krımı Rusiya kimi tanımaması ilə bağlı sözlərini danışıqlar üçün zərərli adlandırıb, bildirib ki, “Krım illər əvvəl Ukrayna tərəfindən itirilib” və “hətta müzakirə mövzusu belə deyil”.