Rusiya xarici kəşfiyyatı: Avropa Trampın sülhməramlı səylərinə zərbə vurmaq üçün kampaniyaya başlayır Dünya

Rusiya xarici kəşfiyyatı: Avropa Trampın sülhməramlı səylərinə zərbə vurmaq üçün kampaniyaya başlayır

Avropa ABŞ prezidenti Donald Trampın sülhməramlı səylərinə zərbə vurmaq üçün kampaniyaya başlayır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətindən (SVR) bildirilib.
Qeyd olunub ki, avropalı müharibəni qızışdıranlar Trampın sülhməramlı səylərinə zərbə vurmaq üçün kampaniyaya başlayırlar. "Britaniya və Fransa xüsusi xidmət orqanları Trampın ətrafına qarşı ittihamlar uydurmaq üçün Rusiyadan qaçan “informasiya çirki axtaranları” göndərir. Saxtalaşdırmaların nəticələrinin Ukraynada nizamlanma üzrə danışıqlar prosesini tormozlamaq üçün istifadə edilməsi planlaşdırılır", SVR-nin məlumatında bildirilib.