İstanbulda zəlzələ: Özbəkistan vətəndaşı öldü Dünya

İstanbulda zəlzələ: Özbəkistan vətəndaşı öldü

Türkiyədə zəlzələ zamanı Özbəkistan vətəndaşı vəfat edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin İstanbuldakı Baş konsulluğu məlumat yayıb.

İlkin məlumata görə, həmin şəxs binanın yuxarı mərtəbəsində olub və güclü qorxudan yaranan ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, İstanbulda maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələ baş verib.