İrandan xüsusi təklif: ABŞ rədd etdi Dünya

İrandan xüsusi təklif: ABŞ rədd etdi

İranın xarici işlər naziri Abbas Arakçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa Tehranın nüvə proqramı ilə bağlı müvəqqəti razılaşmanın əldə olunmasını təklif edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Romadakı məsləhətləşmələr zamanı Arakçı qeyd edib ki, tərəflər ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 60 günlük müddət ərzində nüvə proqramı üzrə yekun razılığa gələ bilməyəcəklər.

Nazir xüsusi nümayəndəyə mümkün sazişin təfərrüatlı texniki xüsusiyyətlərini nəzərə alsaq, iki ay ərzində danışıqları yekunlaşdırmağın çox çətin olacağını bildirib.

Uitkoff isə bildirib ki, o, hazırda müvəqqəti sazişi müzakirə etmək istəmir.