Biz özümüzü bu hücumlardan qorumalıyıq - Leyen Dünya

Biz özümüzü bu hücumlardan qorumalıyıq - Leyen

Biz enerji şəbəkələri, kabel xətləri və interkonnektorlar qurmalı, eyni zamanda, bu infrastrukturu həm kiber, həm də fiziki hücumlardan qorumalıyıq. Bu məsələdə NATO ilə əməkdaşlıq imkanlarımızdan istifadə etməliyik.

Xalqcebhesi.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Londonda keçirilən “Enerji təhlükəsizliyinin gələcəyi” sammitində çıxışı zamanı deyib.

Qeyd edib ki, Avropa öz infrastrukturuna qarşı hücumlara dair təcrübəsini bölüşməyə və Böyük Britaniyaya birgə hərəkət etməyə hazırdır.