

Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı saziş bağlamağa hazırdır, lakin razılaşmanın təsdiqini tələb edən müəyyən müddəaları var, Moskva bunun üzərində işləyir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"ABŞ Prezidentinin bəyanatında sövdələşmədən bəhs edilir və biz saziş bağlamağa hazırıq, lakin bu sövdələşmənin bəzi fərdi məqamları, elementləri var ki, onlar dəqiq tənzimlənməyi tələb edir və biz bu proseslə məşğuluq”, o, cümə axşamı bir fraqmenti dərc olunmuş Amerikanın CBS teleşirkətinə müsahibəsində deyib. Müsahibənin tam versiyası bazar günü yayımlanacaq.
Cavid