London Ukraynaya sülhməramlılar göndərməkdən  imtina edə bilər Dünya

London Ukraynaya sülhməramlılar göndərməkdən  imtina edə bilər

Böyük Britaniya hökuməti Ukraynaya sülhməramlılar kimi qoşun göndərmək planlarından imtina edə bilər.

Bu barədə “The Times” qəzeti “istəklilər koalisiyası” danışıqlarına yaxın mənbələrə istinadən yazır.

"Ukraynaya on minlərlə avropalı sülhməramlıların göndərilməsi planlarını qəbuledilməz hesab edən mənbənin sözlərinə görə, risklər həddən artıq yüksəkdir və qüvvələr belə bir vəzifə üçün kifayət deyil. - Böyük Britaniya həmişə bundan çıxış edib. Məhz Fransa daha çox güc nümayiş etdirməyi müdafiə edirdi”.

Bundan əlavə, nəşrin qeyd etdiyi kimi, atəşkəsdən sonra Ukraynada xarici kontingentlərin yerləşdirilməsi planlarından imtina sülh danışıqlarının tezliklə başa çatmasına şərait yaradan Moskvaya güzəşt kimi qiymətləndirilir. “The Times” yazır ki, Kiyevin avropalı müttəfiqləri Ukraynaya hərbi yardım göstərməyə və ölkənin yenidən qurulmasına, eləcə də hava və dəniz missiyalarının yerinə yetirilməsinə diqqət yetirəcəklər.

Cavid