ABŞ Rusiyanı Kiyevin öz ordusuna sahib olmaq hüququnu qəbul etməyə məcbur etmək istəyir Dünya

ABŞ Rusiyanı Kiyevin öz ordusuna sahib olmaq hüququnu qəbul etməyə məcbur etmək istəyir

Ukraynadakı münaqişənin sülh yolu ilə həlli kontekstində ABŞ Kiyevin öz ordusuna və hərbi sənayesinə sahib olmaq hüququnun Rusiya tərəfindən tanınmasına nail olmaq istəyir.

Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Onun məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşdə bu məsələni gündəmə gətirmək niyyətindədir. Bundan əlavə, Bloomberg-in iddia etdiyi kimi, Vaşinqton Moskvadan Zaporojjya Atom Elektrik Stansiyasını Amerikanın nəzarəti altına almağı, həmçinin Dnepr çayı boyunca Ukraynaya keçidi təmin etməyi xahiş etmək niyyətindədir.

Materialda qeyd olunur ki, bu təkliflər hələ yekun olaraq təsdiqlənməyib və dəyişdirilə bilər.

Cavid