"Ukraynada atəşkəs yaya qədər əldə olunacaq" Dünya

"Ukraynada atəşkəs yaya qədər əldə olunacaq"

Böyük Britaniyanın baş naziri Keir Starmer ümid edir ki, Ukraynada atəşkəs yaya qədər əldə olunacaq.

Bu barədə “The Telegraph” məlumat yayıb.

"O ümid edir ki, yaya qədər atəşkəs elan oluna bilər”, - nəşr yazır.

Baş nazirin sözlərinə görə, bu, bütün tərəflərin, o cümlədən Ukraynanın qəbul edə biləcəyi şərtlərlə uzunmüddətli atəşkəs olmalıdır.

Bundan əvvəl “The Times” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Britaniya hakimiyyəti böyük ehtimalla Ukraynaya qoşun göndərməkdən imtina edəcək, çünki risklər çox yüksəkdir. Bunun əvəzində Britaniya diqqətini Ukrayna Silahlı Qüvvələrinin yenidən qurulmasına və yenidən silahlanmasına yönəltmək istəyir.

Cavid