"Crocus City Hall" hadisəsi ilə bağlı 40-dan çox adam saxlanılıb Dünya

"Crocus City Hall" hadisəsi ilə bağlı 40-dan çox adam saxlanılıb

"Crocus City Hall" da törədilən terror aktı ilə bağlı 40-dan çox adam saxlanılıb.

Bu barədə TASS-a Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu məlumat verib.

“Rusiya xüsusi xidmət orqanları bu terror aktını törətməkdə əli olan 45 şəxsi müəyyən edib və saxlayıblar”, - Şoyqu bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Rusiya təhlükəsizlik qüvvələri 200-dən çox terror aktının qarşısını alıb. "Onlardan 14-ü təhsil müəssisələrində və çoxlu insanların toplaşdığı yerlərdə təlim keçib" - Şoyqu əlavə edib.

Xatırladaq ki, Krasnoqorskda “Crocus City Hall”a hücum 2024-cü il martın 22-də baş verib. Pulemyotlarla silahlanmış terrorçular konsert zalına soxularaq “Piknik” qrupunun konsertinə gələn tamaşaçılara atəş açmağa başlayıblar. Faciə nəticəsində 145 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.

Cavid