Tailandda təyyarə qəzası nəticəsində beş nəfər həlak olub Dünya

Tailandda təyyarə qəzası nəticəsində beş nəfər həlak olub

Tailand sahillərində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həyatını itirib, daha bir nəfər isə ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Pxetçaburi vilayətinin Ça-Am şəhəri yaxınlığında baş verib.

Məlumata əsasən, təyyarə Tailandın Milli Polis Agentliyinə məxsusdur.

Hazırda hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.