

Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə, Respublika Baş Prokurorluğu, Milli Kəşfiyyat Təşkilatı (MİT) İdarəsi və Təhlükəsizlik Baş İdarəsi ilə koordinasiyalı olaraq son 2 həftədə 49 vilayətdə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
Əməliyyatlar zamanı terror təşkilatı üzvü olmaqda şübhəli bilinən 210 nəfər ələ keçirilib. Nazir açıqlamasında "Valilərimizi, əməliyyatları koordinasiya edən baş prokurorlarımızı, MİT başkanlığımızı və qəhrəman polislərimizi təbrik edirəm. Terrora qarşı birlik, bərabərlik və həmrəylik bizim ən böyük gücümüzdür. Xalqımızın əmin-amanlığını və təhlükəsizliyini təmin etmək üçün əməliyyatlarımızı fasiləsiz davam etdiririk" deyə vurğulayıb.