

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, episentri Kütahyanın Simav bölgəsi olan 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 8,81 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Yeraltı təkanlar saat 10:20-də də episentri Simav bölgəsində 4,6 bal gücündə qeydə alınıb. Zəlzələnin 12,17 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.