

Cənubi Koreyanın paytaxtı Seulda yanğın panikası yaşanıb. Nəhəng metropolun ən dəbdəbəli ərazilərindən biri olan Qanqnam səmtində yerləşən COEX Konqres və Sərgi Mərkəzində səhər saatlarında yanğın baş verib.
Xəbərdarlıqdan sonra əraziyə 33 yanğınsöndürən maşını və 121 canlı qüvvə göndərilib, bina qısa müddətdə boşaldılıb. Təxminən yarım saatlıq gərgin səydən sonra nəzarət altına alınan yanğının binanın 2-ci mərtəbəsindəki restoranda başladığı müəyyən edilib.
Yanğın zamanı ölən və yaralananların olmadığı bildirilib. Yanğının səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.