Moskva vilayətində avtomobil partlayıb, bir nəfər ölüb Dünya

Moskva vilayətində avtomobil partlayıb, bir nəfər ölüb

Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının həyətində avtomobil partlayıb.

APA-nın Rusiya bürosu yerli teleqram kanallarına istinadən xəbər verir ki, partlayışın mənbəyi park edilmiş “Volkswagen”in içərisində olub.

Bunu avtomobilə ilkin baxışın nəticələri və dəymiş ziyanın xarakteri göstərir. Hazırda iki versiya nəzərdən keçirilir: partlayıcı qurğu və içəridə yerləşən qaz balonunun partlaması.

Avtomobilin dam örtüyü tamamilə qopub, gövdəsi isə sona qədər yanıb.

İlkin məlumatlara görə, təsadüfi yoldan keçən bir nəfər həlak olub.

Partlayışın səbəbini müəyyən etmək üçün hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib.

Hadisə yerindən kadrlar sosial şəbəkələrdə yayımlanır.