İsrail ordusu Qəzzadakı çadırda 5 nəfərlik ailəni yox edib Dünya

İsrail ordusu Qəzzadakı çadırda 5 nəfərlik ailəni yox edib

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin əl-Məvasi bölgəsində Əbu Tuayme ailəsinin çadırına hava hücumu təşkil edib.

Xalqcəbhəsi.az-ın “Anadolu” Xəbər Agentliyinə istinadən məlumatına görə, vurulan çadırda yaşayan İbrahim Halil Əbu Tuayme və həyat yoldaşı Hanadi Şaban Əbu Tuayme və uşaqları 8 yaşlı Semira, 6 yaşlı Əzim və 4 yaşlı Rafet həyatını itirib.

Qeyd edək ki, Əbu Tuayme ailəsi İsrailin hücumlarından xilas olmaq üçün Xan Yunis şəhərindəki evlərini tərk edərək əl-Məvasi bölgəsində tapa bildikləri bu çadıra sığınmışdı.