İstanbulda Türkiyə və Rusiya arasında danışıqlar başa çatdı Dünya

İstanbulda Türkiyə və Rusiya arasında danışıqlar başa çatdı

11:55

İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı məsləhətləşmələr başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “RİA Novosti” türkiyəli diplomatik mənbəyə istinadla məlumat yayıb.

“İstanbulda danışıqlar bağlı qapılar arxasında aparılır”, - mənbə bildirib.

Məlumata görə, görüşdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfini isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edir.

***

İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərq üzrə keçirilən məsləhətləşmələr başa çatıb.

Bu barədə TASS məlumat yayıb.

Məsləhətləşmələr zamanı Suriya və Qəzzadakı vəziyyət müzakirə edilib.

"Türkiyə məsləhətləşmələrdə Suriyaya qarşı sanksiyaların ləğv edilməsinin vacibliyini qeyd edib, həmçinin bütün maraqlı tərəflərlə koordinasiyanın tərəfdarı olduğunu diqqətə çatdırıb", - deyə bildirilib.