

25 Aprel 18:13
İsrailin solçu qrup “Free Jerusalem” (Azad Qüds) hərəkatının çağırışı ilə onlarla israilli fəal İsrailin Qəzzaya hücumlarının dayandırılması tələbi ilə Qərbi Qüdsdə bir araya gəlib.
Fəallar əllərində “Müharibəni dayandırın”, “Atəşkəs indi” və “Soyqırımı dayandırın” yazılmış plakatlar tutublar. Nümayişçilər müharibə əleyhinə şüarlar səsləndirərək İsrailin hücumlarını dayandırmağa çağırıblar.
İsrail polisinin müdaxilə etdiyi nümayiş zamanı 3 aktivist nəzarətə alınıb, “Azad Qüds” hərəkatının “X” hesabında “geri addım atmayacağıq” ifadəsi paylaşılıb.