Ötən gecə Rusiyada 45 Ukrayna PUA-sı vurulub Dünya

Ötən gecə Rusiyada 45 Ukrayna PUA-sı vurulub

Ötən gecə Rusiyada Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatı vurulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, hava hücumundan müdafiə sistemləri Rusiyanın bölgələri üzərində Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatını məhv edib. Onlardan 27-si Kursk, 16-sı Belqorod, biri Rostov, biri isə Lipetsk vilayəti ərazisi üzərində vurulub.