Zelenski və Tramp 15 dəqiqə danışıb, razılığa gəldilər Dünya

Zelenski və Tramp 15 dəqiqə danışıb, razılığa gəldilər

12:55

Ukrayna Prezidenti Vladim Zirelenski və ABŞ Prezidenti Donald Tramp danışıqları davam etdirməyə razılaşıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

"Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkdi. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər", - Nikiforov bildirib.

O, görüşün davamının bu gün baş tutacağını qeyd edib.