HƏMAS heyəti Qahirədə: Atəşkəs... Dünya

HƏMAS heyəti Qahirədə: Atəşkəs...

HƏMAS Qahirəyə nümayəndə heyəti göndərib. Onlar Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəsin əldə olunmasını müzakirə edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında məlumat verilib.

"Müqavimət hərəkatı HƏMAS-ın rəhbərliyinin nümayəndələri Qahirəyə gəlib və artıq Misir rəsmiləri ilə Qəzzada atəşkəsin əldə olunması, həmçinin israilli girovların fələstinli məhbuslarla mübadiləsi üzrə hərtərəfli razılaşmanın əldə edilməsi istiqamətində danışıqlara başlayıblar", – deyə məlumatda bildirilib.

HƏMAS qeyd edib ki, onların nail olmağa çalışdığı razılaşma İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılmasını və anklavın bərpasının başlanmasını nəzərdə tutmalıdır.