İranda güclü partlayış: bütün dəniz əməliyyatları dayandırıldı Dünya

İranda güclü partlayış: bütün dəniz əməliyyatları dayandırıldı

İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bunu Hörmüzqan vilayətinin Limanlar və Dəniz Təşkilatının rəis müavini İsmayıl Makizadə məlumat verib.

O vurğulayıb ki, partlayış ərazisində yardıma ehtiyac olduğu üçün bütün qüvvələr oraya səfərbər olunub.

Qeyd edək ki, bu gün Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 500-dən çox insan yaralanıb.