Papanın dəfnində geyim qaydalarını pozan rəsmilər… Dünya

Papanın dəfnində geyim qaydalarını pozan rəsmilər…

21:01

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniya şahzadəsi Uilyam da daxil olmaqla bir sıra rəsmilər Papa Fransiskin dəfn mərasimində qara geyim tələblərinə əməl etməyiblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb.

Qaydalara görə, kişilər dəfn mərasimində ağ köynək, uzun qara qalstuk və qara kostyum geyinməli idilər. Qadınlardan isə dizə qədər uzanan qara paltar, əlcək və papaq və ya örtük taxmaları tələb olunurdu.

Uilyam mərasimə protokolda nəzərdə tutulmuş qara kostyum əvəzinə mavi kostyum geyinib.

Bundan əlavə, Fransa və Ukraynanın birinci xanımları, Avropa Komissiyasının rəhbəri və İtaliyanın Baş naziri Corciya Meloni baş örtüyü olmadan mərasimə qatılıb. Bəzi qonaqlar isə ənənəvi paltar əvəzinə şalvarlı kostyum geyinməyi üstün tutublar.

Vatikan bu barədə narazılıq bildirməyib.